Marafona hazırlıq
00
/12
Marafonun marşrutu haqqında
Məlumatlar ilə savadlı iş üzrə təlim marafonları ənənəsini davam etdirərək, Qlik öz sərhədlərini genişləndirir və Azərbaycan aktiv fəaliyyətə başlayır. Qlik müasir analitik texnologiyaların biznesdə uğurlu istifadə nümunələrini təqdim edir, təşkilatlarda yığılan məlumatların monetizasiyasına yanaşmalarını göstərir və məlumatların əsasında keyfiyyətli və səmərəli qərarları qəbul etmək üçün şirkətlərlə birgə bünövrə yaratmağa kömək edir.

Bu marafonda təqdim olunan yanaşmalar işin səmərələliyini artırmağa, məlumatlarda vacib olanları tapmağa imkan yaradır — bu, inkişaf etdirilməkdə olan məlumat məhsullarının dəyərini qaldıracaq, biznes məlumatını elə strukturlaşdıracaq ki, insanlar birgə iş fəaliyyətini dərk etsinlər və bundan ilhamlansınlar.

Biz istərdik ki, hər bir marafon iştirakçısı özü üçün yeni vizuallaşdırma yanaşmalarını aşkar etsin, şəxsi tapıntılarını vizual qaydada təqdim etməyi öyrənsin. Hər kəs şəxsi auditoriyası üçün vacib və faydalı olanları transformasiya etməyi bacarsın.

12 gün ərzində davam edəcək marafon zamanı bizimlə qalın və məlumatlar ilə savadlı işləmə üzrə kommyuniti mütəxəssisləri ilə ünsiyyətdən zövq alın.

Məmnuniyyətlə öyrənin!
Hər günün formatı
Bakı vaxtı ilə hər gün saat 10:00-da sizin qeydiyyat zamanı göstərdiyiniz elektron poçt ünvanınıza məktub gələcək. Həmin məktubda materiallar olan səhifəyə keçidi təmin edən istinad olacaqdır.

Sizə rahat olan təlim tempini və həcmini seçin. Bu vacibdir! Sizin cari bilik səviyyənizdən + tələblərinizdən asılı olaraq, müxtəlif həcmli materiallar lazım ola bilər.

Ən başlanğıc səviyyədə — Azərbaycan şirkətlərinən olan həmkarların uğur tarixçələrini və beynəlxalq keysləri oxuyun, biznes-suallarınızı verin, işə yanaşma yollarını öyrənin. Bu sizə təhlil sahəsini daha yaxşı anlamağa və bundan sonra özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizə qərar verməyə kömək edəcək.

Əgər bu sahəni daha dərindən öyrənmək istəyirsinizsə, o zaman istinadları öyrənin, kitab və veb-saytların adlarını qeyd edin, videolara baxın! Marafon bitdikdən sonra materiallar sizdə qalacaq, buna görə də tələsməyə və səhifə həcmindən qorxmağa gərək yoxdur.
1
Məktubu qəbul edirsiniz və istinada daxil olursunuz
Məktublar iş günləri, Bakı vaxtı ilə saat 10:00-da daxil olacaq.

Bütün dərc edilən günlər Marafon kitabında saxlanılacaqdır – kitaba istinad da həmçinin məktubda yer alacaqdır.
2
Uğur tarixçəsini və günün nəzəriyyəsini oxuyun
Günün əvvəlində biznes keys ilə tanış olun və nəzəriyyəyə keçin.
3
Praktiki məsələni həll edin
Praktikalar həm kiçik suallardan, həm də həll edilməsi gərək olan əsl “sahə” məsələlərindən ibarət ola bilər.
4
Vebinarlara qoşulun
Biz marafon iştirakçıları üçün üç vebinar keçirəcəyik və burada siz öz suallarınızı verə və alətlə məşq edə biləcəksiniz.
Mətn dərsləri ilə yanaşı, marafonda mütəxəssislərlə onlayn-görüşlər və vebinarlar keçiriləcək! Vebinarların cədvəllərini aşağıda tapa bilərsiniz. Marafonda iştirak etməkdən daha çox fayda əldə etmək üçün vebinarlara qoşulun.

Vebinar cədvəli

Vebinarların vaxtı Bakı (GMT+4) vaxtı ilə qeyd olunub

2 dekabr,
17:00
Marafonun ilk həftəsinin icmalı
Ulvi Alyiev, Senior BI/Analytics Expert
Holcim Technology Ltd
Qlik, DataYoga
Marafonun ilk həftəsinin yekununu vuraq. Qlik Sense məhsulu və onun əsas prinsipləri haqqında danışaq. Ekspert Ülvi Əliyev ilə birlikdə Qlik Sense platformasında məlumatlar ilə işləmə prosesi ilə bağlı qısa bir demo göstərəcəyik.

Açıq Zoom
Təqvimə əlavə et
9 dekabr,
17:00
Marafonun ikinci həftəsinin icmalı
Smart Solutions, Qlik, DataYoga
Marafonun ikinci həftəsininin yekununu vuraq. Smart Solutions şirkətinin ekspertlər komandası ilə birgə qrafik və diaqramların yaradılmasına fərqli yanaşmaları, habelə hesablamalar ilə işləmə və set-təhlilini müzakirə edək.

Açıq Zoom
Təqvimə əlavə et
13 dekabr
17:00
Marafonun nəticələri
Panel müzakirəsi
Onlayn-marafonun nəticələrini bir neçə mütəxəssis ilə birgə panel müzakirəsi üzərində yekunlaşdıraq! Son mövzuları müzakirə edək, suallarınızı cavablandıraq, bundan sonra atılacaq addımlar haqqında danışaq.

Açıq Zoom
Təqvimə əlavə et

Bütün video-görüşlər qeyd ediləcək, həmin videoyazılar isə marafon aid materiallarayerləşdiriləcəkdir. Onlayn qaydada qoşula bilmirsinizsə, narahat olmayın – videonu daha sonra izləyə bilərsiniz.

Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!
Təlim üzrə məsləhətlər
Qlik materialları
İşin ən ilkin başlanğıc mərhələsində məhsul ilə qısa videoların köməkliyi ilə tanışlıq metodu olduqca səmərəlidir. Bu videolar tematikalar üzrə şəxsən Qlik şirkəti tərəfindən rəsmi kanallarda hazırlanır. Marafon zamanı biz, Qlik materiallarına istinadları təmin edəcəyik ki, siz öyrənilən mövzuları daha detallı şəkildə müstəqil qaydada tədqiq edə biləsiniz. Həmçinin, rəsmi cəmiyyətdən olan strukturlaşdırılmış sual və cavab Bilik Bazası, o cümlədən rüblük qaydada yenilənən və sualların cavablarını tez tapmağa yardım edən onlayn sənəd toplusu (rus və ingilis dillərində) ilə çalışma da çox yaxşı kömək edir.
MDB və dünya üzrə tərəfdaşlar
Qlik ilə dünyada minlərlə tərəfdaşlar birgə çalışır, bura həm ən nəhəng sistem inteqratorları, həm də məlumatların vizuallaşdırılması üzrə istedadlı ekspertlər, proqram instrumentləri üzrə gördükləri işləri və kəşflərini paylaşan frilanserlər və data-jurnalistlər də daxildir. Təqdim etdiyimiz materiallarda ən yaxşı bloqları tapa biləcəksiniz. Burada dərc olunan məqalə və materialların izlənilməsi öz peşəkar sahənizdə sınaqdan keçmiş üsulları tətbiq etməyə imkan verəcək.
Kitablar
Biz hesab edirik ki, Qlik Sense proqramında çalışma üzrə təlim üçün nəzərdə tutulan ən sistemli formatlardan biri – kitablardır, baxmayaraq ki, bu vəsaitlər bloq və sosial şəbəkələr qədər operativ deyil. Kitabların hamısı öz auditoriyalarına görə, həmçinin istifadə sahələri, materialın təqdim edilməsi və bir çox başqa parametrlərə görə biri-birindən fərqlənirlər. Fərdi şərhlərimizi və resenziyalarımızı sizinlə paylaşmaq, habelə daha maraqlı və praktiki işlərə istinad etməkdən məmnun olarıq.
Təlim proqramları
Nə qədər məqalə oxumağınızdan asılı olmayaraq, canlı mütəxəssis ilə ünsiyyət bütün nöqtələri birləşdirməyə, təcrübənizə sistemli şəkildə baxmağa və bacarığınızın artırılması yolunda növbəti addımları işləyib hazırlamağa yardım edəcək. Siz, həm Coursera və ya Udemy platformalarında əks əlaqəli onlayn təlim formasını, həm də Qlik şirkətinin özü tərəfindən (məsələn, qrup şəklində, fərdi qaydada və ya illik konfranslar zamanı), və yaxud tərəfdaşlar tərəfindən keçirilən əyani formaları seçə bilərsiniz.
Praktika

Öz məlumatlarınızı, açıq məlumatları götürün və yaxud həmkarlarınızdan məlumatların vizuallaşdırılmasına dair məsələlər haqqında soruşun və müstəqil qaydada addımlar atmağa cəhd edin...
Texniki kökləmə
Ilgar Zarbaliyev
MCT, MCE, MIE Expert, MCSA: BI Reporting, My Data Summit organizer
Praktiki məsələlərin həlli və instrumentin tədqiqatı üçün Qlik Sense proqramını fərdi tələblərinizə uyğun kökləməlisiniz. Bunun necə bir instrument olduğu, üstünlüklərinin nədən ibarət olduğu haqqında növbəti gündə bəhs etməyə başlayacağıq! Amma hələ ki — texniki hazırlıqdır.

Siz kompüterinizdə yalnız brauzerdən istifadə edərək Qlik Sense proqramının bulud versiyasında çalışa bilərsiniz, və yaxud Windows əməliyyat sistemi ilə birgə kompüterdə quraşdırılan Desktop versiyasını yükləyə bilərsiniz. Qlik Sense proqramının bu versiyaları quraşdırma üsulu ilə yanaşı bir çox digər parametrləri ilə də fərqlənir — məsələn, bu versiyalarda məlumat mənbələrinə qoşulan müxtəlif konnektorlar mövcuddur (qoşulma interfeysi), və Desktop-dan fərqli olaraq, bulud versiyası çoxistifadəli işi dəstəkləyir.
Marafon zamanı bu iki versiyadan hər hansı birinin funksiyaları bizə kifayət edəcək.
Əgər hansı versiyanı yükləyəcəyinizi bilmirsinizsə, Qlik Sense Cloud versiyasını tövsiyə edirik.
Qlik Sense Cloud versiyasının yüklənməsi üzrə lazımi addımlar
  1. Aşağıdakı linkə daxil olaraq Qlik saytında qeydiyyatdan keçin.
  2. VACİBDİR: qeydiyyat zamanı aktual məlumatlardan istifadə edin. Qeydiyyat başa çatdıqdan sonra qeyd etdiyiniz poçta məktub gələcək.
  3. Poçtunuzu yoxlayın və məktubda yer alan istinadın vasitəsi ilə hesabınızı aktivləşdirin.
  4. Ekranda buludun quraşdırılmasına dair təlimata əməl edin – sonda şəxsi buludunuza keçid edə biləcəksiniz!
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022