QlikView.
Birinci nəsil Data Discovery sistemləri. QlikView interaktiv analitik tətbiq və daşbordların tez bir zamanda hazırlamağa və vizuallaşdırmağa imkan verir. Bu məhsul kodinqdə yüksək bacarıqları və şirkət daxilindəki İT-bölməsinin cəlb olunmasını tələb edir, bu səbəbdən də 2014-cü ildə yeni, təkmilləşdirilmiş Qlik Sense məhsulu yaradıldı.
Qlik Sense.Yeni nəsil məlumat təhlili sistemi, hətta hazırlıqsız istifadəçi belə bu məhsul ilə asanlıqla işləyə bilər. Qlik Sense – self-service (“özünəxidmət”) kateqoriyasından olan məhsullara aiddir, ona görə də burada spesifik və qabaqcıl proqramlaşdırma bilikləri tələb olunmur, İT-mütəxəssislərinin iştirakına isə çox vaxt ehtiyac olmur. Qlik Sense tətbiqləri çərçivəsində mürəkkəb məlumat strukturlu müxtəlif mənbələrin istifadəsi interaktiv vizuallaşdırma və məlumatların tədqiqatı sahəsində yeni imkanları açır.
Qlik NPrinting.Bu xidmət PDF, Excel, Word, Power Point formatlarında olan hesabatları avtomatik qaydada yaratmağa və elektron poçt, kataloq və ya portal vasitəsi ilə dərc etməyə imkan verən əlavə server komponentidir. Hesabatlar Qlik Sense analitik tətbiqlərindəki məlumatların əsasında və QlikView sənədlərində yaradılır.
Qlik AutoML.Kod qeyd etməyi tələb etməyən, avtomatlaşdırılmış təlim instrumentidir. Bu instrumentdən analitiklər modellərin rahat generasiyası, proqnozlaşdırılması və biznes-ssenarilərin testdən keçirilməsi üçün istifadə edə bilərlər. Bu məhsul məlumatlara tez bir zamanda qoşulmağa, ML-modelini öyrətməyə, proqnozları hazırlamağa, “What-If” ssenarilərini test etməyə, habelə nəticələri dərc etməyə və bütöv interaktiv analitika üçün modelləri birbaşa Qlik Sense proqramına inteqrasiya etməyə imkan verir.
Qlik Catalog.Məlumatların profilləşməsini və hazırlanmasını sadələşdirən və tezləşdirən, həmçinin analitikada istifadə oluna biləcək hazır və dəqiq məlumatları istifadəçilərə təqdim etməyi imkan verən korporativ məlumat marketpleysidir. Və bunların hamısı – “məlumat mağazası” formatındadır. Qlik Catalog interfeysi internet mağazasında alış-veriş prosesini xatırladır: işçilər qlobal korporativ məlumat kataloqundan uyğun məlumat toplularını axtara, nəzərdən keçirə, müqayisə edə və tapa bilərlər, və həmin məlumatları səbətə yerləşdirərək daşbord hazırlamaq üçün bir klik ilə Qlik Sense proqramına yükləyə bilərlər. Buludda təqdim olunan Cloud Catalog adlı bulud versiyası, həmçinin ayrıca məhsul da mövcuddur.
Qlik Alerting.Qlik Sense üçün nəzərdə tutulan ağıllı bildiriş platformasıdır, hansı ki şirkətlərə və işçilərə məlumatları proaktiv qaydada təhlil etməyə və biznes-mühitində baş verən dəyişikliklərə daha cəld reaksiya verməyə imkan verir. Bu sadəcə hər hansı KPI yerinə yetirilməsi və ya yetirilməməsi haqqında bir bildiriş deyil. Bu instrument – məlumatlardakı uyğunsuzluqaları və anomaliyaları asanlıqla qeyd etməyə, müqayisələr etməyə və kompleks şəkilli bildiriş məntiqini həyata keçirməyə imkan verən qabaqcıl statistik hesablama və trendlərdən istifadə edən kompleks platformadır. Qlik Alerting funksionalı həm Qlik Cloud instrumentinə daxil edilib, həm də server versiyasında olan ayrıca bir məhsul kimi də mövcuddur.
Qlik Application Automation. Insaytları analitik tətbiqlərdən kənar tətbiqlərdəki məqsədli hərəkətlərə avtomatik qaydada çevirməyə imkan verən “
No-Code” instrumentidir. Məsələn, bulud servisləri və digərlərindən olan məlumatların avtomatik inteqrasiyası və orkestrləşdirməsini hazırlayır və Google Analytics, AmoCRM, Creatio, Salesforce, ZohoCRM, Microsoft Dynamics, MailChimp, YouTube, Slack platformalarına və
500-dən yuxarı servisə qoşulan konnektorları qabaqcadan hazır olur.
Qlik Data Intergration. Qlik şirkətinin məlumatların inteqrasiyası üzrə bütov məhsul cərgəsidir. Bu instrument məlumatların replikasiyası, məlumatların saxlanma yerinin avtomatlaşdırılması, idarəolunan məlumat gölünün (data lake) yaradılması, SAP-mühitlərinin slaysinqi, korporativ məlumatlar üzrə marketpleysin yaradılması üzrə həlləri özündə birləşdirir. Bunların hamısı məlumat axınlarını qurmaq və data-setlərin şirkətin müxtəlif departamentindən olan işçilər tərəfindən istifadə olunmasını mümkün edə bilmək üçün data-mühəndisləri üçün vacib komponentlərdir. Biz bu marafon çərçivəsində bu cür texniki mövzuları detallı izah etməyəcəyik, lakin daha çox məlumat əldə etmək istəyirsinizsə,
məlumatların inteqrasiyası üzrə bütün məhsulların icmalı ilə tanış ola bilərsiniz.