Əsas Qlik konsepsiyaları
02
/12
Bu gün nə haqqında danışacağıq
Dubay Maliyyə departamentinin dövlət məlumatlarını vizuallaşdırmaq və nəşr etmək üçün Qlik Sense platformasından necə istifadə etdiyini araşdıracağıq. Həmçinin, məlumatların nə olduğunu, hansı məlumat növlərini vurğuladığımızı, analitika ilə işləmək üçün hansı məlumat ölçən şkalalarını bilməli olduğumuzu öyrənəcəyik və aqreqasiya növləri ilə tanış olacağıq.
UĞUR TARİXİ
Şəffaf hökumət: Dubay Maliyyə Departamenti dövlət məlumatlarını vizuallaşdırmaq üçün Qlik Sense platformasından necə istifadə edir
Dubay hökumətinin Maliyyə departamenti (Department of Finance, DOF) 1995-ci ildə Dubay hökumətinin bütün maliyyə və mühasibat işlərinə nəzarət etmək və əmirlik hökuməti üçün konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamaq üçün yaradılmışdır.

Dubay hökumətinin Maliyyə departamenti, hökumətin ümumi illik büdcəsinin hazırlanmasından və bütün müvafiq yerli özünü idarəetmə orqanları ilə birgə həyata keçirilməsindən məsuldur. Bundan əlavə, Maliyyə departamenti səlahiyyətli büdcə ayırmalarının bütün müvafiq dövlət orqanlarına verilməsini təmin edir, həmçinin ümumi gəlirlərin toplanmasını və təqdim edilməsini yoxlayır, dövlət bank hesablarına nəzarət edir.

2017 — ci ildə Dubay hökumətinin Maliyyə departamenti Dubayın 23 dövlət orqanı tərəfindən akkreditə olunmuş və altı sektora ayrılmış minlərlə qiymət kateqoriyasına sahib bir veb saytı – Government Service Prices adlı portalı işə saldı. Bu məlumatlar ərəb və ingilis dillərində yayılır və fəziki şəxslər, dövlət qurumları və özəl şirkətlər daxil olmaqla geniş ictimaiyyət üçün nəzərdə tutulub.
Hesabatın interaktiv versiyası (sayta ilk dəfə daxil olduqda, internet bağlantısının keyfiyyətindən asılı olaraq, vizuallaşmaların yüklənməsi üçün bir az vaxt lazım ola bilər): https://gsp.dof.gov.ae/extensions/ODPDOF/Sector.html
Government Service Prices Portalı Qlik proqramının daxili analitikasından istifadə edərək hazırlanmışdır. Dubay hökumətinin Maliyyə departamenti Yaxın Şərqdə Qlik proqramından açıq məlumat sistemlərini yaratmaq üçün istifadə edən ilk dövlət qurumu oldu. Qlik platformasının istifadəsi Dubay hökumətinin Maliyyə departamentinə vizual analitikanı hökumət portallarında inkişaf etdirməyə, genişləndirməyə və tətbiq etməyə imkan verdi — və bunların hamısı ümumi təhlükəsizlik və məlumat idarəetmə sisteminin daxilində baş verir.
Dubay hökumətinin Maliyyə departamenti digər məsələlər arasında dövlət haqları və cərimələr üçün qiymət məlumatlarına rahat giriş imkanınını təmin etməklə, Dubayın dövlət orqanlarının və özəl sektora aid şirkətlərinin baxışı və istəkləri ilə ayaqlaşmağa davam edir və Dubay sakinlərinin gözləntilərini doğruldur. Buna görə də biz, tutduğumuz açıqlıq və şəffaflıq prinsiplərinə əsaslanaraq, bütün kateqoriyalardan olan və müxtəlif gəlir kanalları üzrə istənilən dövlət xidmətlərinin qiymətlərini təqdim etmək üçün " Government Service Prices" layihəsini həyata keçirməyə can atırdıq
Huda Hamdan Al Shaikh, Dubay hökumətinin Maliyyə departamentinin texniki dəstək və inkişaf şöbəsinin müdiri
Bu xidmət Dubayda Açıq Məlumat Təşəbbüsünü dəstəkləyir, və Qlik, Dubay hökumətinə məlumatların əlçatanlığı və əhəmiyyətliliyi ilə bağlı hədəflərinə çatmasına kömək edir. Bu, daha çox insan tərəfindən lazım olan məlumatın müstəqil şəkildə və rahat formatda əldə edilməsinə imkan verəcəkdir.
Dubay hökumətinin Maliyyə departamenti tərəfindən hazırlanmış Government Service Prices Portalında Qlik daxili vizuallaşdırma nümunələri
Hesabatın interaktiv versiyası – dövlət xidmətlərinin dəyərinin müqayisəsi (internet bağlantısının keyfiyyətindən asılı olaraq sayta ilk dəfə daxil olduqda, vizualizasiyaların yüklənməsi üçün bir az vaxt lazım ola bilər): https://gsp.dof.gov.ae/extensions/ODPDOF/Government.html
Bundan əlavə, məlumatlar daha ətraflı təhlil üçün interaktiv cədvəllərdə mövcuddur və məlumatların Excel proqramına yüklənməsini dəstəkləyir (internet bağlantısının keyfiyyətindən asılı olaraq sayta ilk dəfə daxil olduqda, vizualizasiyaların yüklənməsi bir az vaxt tələb edə bilər): https://gsp.dof.gov.ae/extensions/ODPDOF/Government.html
NƏZƏRİYYƏ
Məlumat resursları
Qlik Sense proqramına məlumat yükləməzdən və diaqram yaratmazdan öncə məlumatların resurslarını araşdıraq.

Qlik Sense proqramında vizuallaşdırmanı yaradarkən, sizə aşağıdakı imkanlar veriləcəkdir:
● Sahələr (fields)
● Meyarlar (measures)
● Ölçülər (dimensions)
● Əsas elementlər/qlossari (master items)
Məlumatları yükləyən zaman mənbədən olan bütün sahələr ölçü və yaxud kəmiyyətə çevrilir.
Meyarlar — məlumat qiymətləridir, vizuallaşdırma üzərində əks etdirmək istədiyiniz rəqəmlərdir. Bütün ölçülər aqreqasiyaya məruz qalır, məsələn, məcmu və ya orta dəyərin aqreqasiyasının köməyi ilə.

Ölçülər — fərdi məlumatlarınızı qruplaşdırmaq istədiyiniz kateqoriyalardır; göstərmək istədiyiniz kəmiyyət səviyyəsidir.
Diaqramlar ölçü və kəmiyyətlərin üzərində qurulduqları üçün, sahələri diaqramın üzərinə keçirən zaman onlar həmişə öz əlavə kökləmələri ilə birgə ya ölçü, ya da kəmiyyətə inteqrasiya edirlər: ad, rəqəm formatı, aqreqasiya.
Dilbar Huseynli Alkhas
Business Analyst, Smart Solutions Group
Təsəvvür edin ki, sizin tətbiqiniz 10 səhifədən ibarətdir, hər birində 5 qrafik mövcuddur və həmin qrafiklərdə marjanın hesablanması üçün nəzərdə tutulan düstur ölçü tərəfindən istifadə olunur. Bu düsturu dəyişməyə qərar verdiyiniz halda tətbiqin bütün vərəqlərindəki qrafikləri dəyişməli olacaqsınız ki, bu da olduqca narahat bir prosesdir.

Alternativ bu tədbiri əsas elementlərə daxil etməkdir. Bu zaman düsturu yalnız bir dəfə ölçmək lazım olacaq və düstur bütün qrafiklərdə dəyişəcək. Həmçinin, marjanın hesablanması üçün nəzərdə tutulan bu əsas elementi əsas elementin adına uyğun adlandırmaqla digər düsturlarda istifadə etmək mümkündür.
>> Praktikada əsas elementlər nə üçün lazımdır?
Əsasən, göstəricilərin biznes-qlossari sistemləri ilə birgə inteqrasiyanın köklənməsi üçün bir sıra layihələr üzərində məhz əsas elementlərdən istifadə olunur. Həmin göstəricilər müxtəlif platformaların bazası üzərində reallaşır. Nəticədə, Qlik Sense proqramında göstərici qlossarisini formalaşdıran zaman aşağıdakıları təmin etmək mümkündür:
  1. Göstərici kodunun idarə edilməsi;
  2. Göstərici adının idarə edilməsi;
  3. Göstəricinin hesablama riyaziyyatının idarə edilməsi;
  4. Göstəricinin təsvir metodologiyasına təsvirin əlavə edilməsi; 
  5. Göstəricinin rəng xüsusiyyətlərinin əlavə edilməsi (müəyyən göstərici bütün vizuallaşdırmalarda eyni rəng ilə əks olunacaqdır);
  6. Göstərici qiymətinə aid yekunun formatlaşmasının müəyyən edilməsi. 
Vizuallaşdırmaların yaradılması prosesi
Redaktə rejimindəki iş sahəsi bir neçə əsas bloka bölünüb. Əkranın sol tərəfində Sahə, Əsas elementlər, Diaqram və İstifadəçi obyektlərinin seçimi üzrə keçiricilər yerləşir. Ekranın sağ tərəfində vizuallaşdırma obyekti yerləşir, hara ki drag-and-drop köçürmə rejimində sol tərəfdəki menyudan elementləri əlavə edirsiniz.
Üsul 1
Vizuallaşdırmaların yaradılması üsullarından biri diaqram növündən başlayır. Yəni, əvvəl siz quraşdırmaq istədiyiniz diaqram növünü seçirsiniz, onu vərəqə əlavə edirsiniz, sonra məlumatları əlavə edirsiniz. Bunun üçün sol tərəfdəki Diaqram blokunu seçmək lazımdır.
Üsul 2
Vizuallaşdırmaların yaradılmasına dair ikinci üsul məlumatlardan başlayır. Sizə lazım olan məlumatları vizuallaşdırma sahəsinin üzərinə keçirin, Diaqram tövsiyəsi üzrə köməkçi isə ən uyğun vizuallaşdırma növünü sizin üçün seçəcəkdir. Tövsiyələr seçilən məlumatların növlərinə əsaslanır. Sahələrə aid siyahı dəyişən zaman tövsiyə olunan vizuallaşdırma daxil edilən dəyişikliklərə uyğunlaşır.
Üsul 3
Üçüncü vizuallşdırmaların yaradılması üsulu insayt və yaxud müşahidələrə əsaslanır. Ekranın üst tərəfində Insight Advisor sətri mövcuddur, hansı ki vizuallaşdırmaları sizin mətn formasında olan sorğunuzdan irəli gələrək formalaşdırır. Rus və ingilis dillərində işləyir.

Siz özünüz üçün maraqlı olan məlumatları sətirdə qeyd edirsiniz, müşahidə üzrə köməkçi isə onların təhlili üçün kəsikləri və vizuallaşdırma üsullarını (diaqramları) təklif edir.
Üsul 4
Vizuallaşdırmaların yaradılmasına aid daha bir üsul – təkmilləşmə və vidjetlər kimi istifadəçi obyektlərinə əsaslanıb. Bu obyektlər ya istifadəçilər tərəfindən müstəqil qaydada (Dev Hub istiifadəsi zamanı), ya da xüsusi developer serverlərində (Qlik Branch) hazır təkmilləşmələrin yüklənməsi yolu ilə yaradılır. Təkmilləşmələr Qlik proqramına yüklənən qeyri-standart vizuallaşdırmalardan istifadə etməyinizə imkan verir.
Diaqramın köklənməsi
Diaqramı yaradan zaman aşağıdakıları əldə edə bilərsiniz:
● Məlumatların qrafik təsəvvürünü tələb etməyən cədvəli
● KPI (Əsas effektivlik göstəricilərii)
● Yalnız ölçü, yalnız kəmiyyət və yaxud (çox vaxt) eyni vaxtda baş verən ölçü və kəmiyyət dəyişikliyinin əsasında vizuallaşdırma
Javid Nazarov Rustam
Product Owner, Smart Solutions Group
İstənilən diaqramın köklənməsi zamanı atılmalı olan üç əsas addım:
  1. Diaqram növünün seçimi;
  2. Göstərici hesablaması / secimi (qlossaridən);
  3. Meyarın köklənməsi (bütün diaqram növləri üçün yararlı deyil, KPI, taxometr / termometr üçün istifadə olunmur) / seçimi (qlossaridən).
Digər kökləmələr — artıq diaqramın tərtibatıdır.
Diaqram tərtibatı — sizdə və istifadəçilərinizdə analitika haqqında yekun təəssüratı tamamilə formalaşdıra biləcək əhəmiyyətli addımdır. Rəng, imzalar (onların yerləşməsi və uyğunluğu), dərəcələrə ayırma, vizual təsəvvür — bütün bunlar rəqəmlərin rahat vizual mənimsənməsi üçün şərait yaradır

Məsələn, siz sütunşəkilli diaqramın şaquli və ya üfüqi olacağı ilə bağlı seçim edə bilərsiniz — bu kökləmələr fərdidir və hər vizuallaşdırma növünə görə dəyişə bilər.
PRAKTIKA
Praktiki məsələ
  • 1. 01-ci gündə qeyd olunan Digital Consumer Analytics - Shoe Retail.qvf, tətbiqi ilə işləyirik.
    2. Dünən Qlik Sense tətbiqini yükləməmisinizsə, bunu indi edin. Təlimat: https://youtu.be/O7LkU3IbNDE?t=300 (5:00 - 6:30).
    3. Atılmış alış-veriş səbətində ən çox hansı top-3 məhsulun buraxıldığını "Abandoned Basket Trends" vərəqində təhlil etmək lazımdır.
    4. Səbətdə qalan ilk 3 məhsul illər və aylar ərzində necə dəyişdi?
    5. Atılan alış-veriş səbətinə aid sessiyaların sayına görə trend haqqında nə deyə bilərsiniz? 2018-ci ilin yazında necə dəyişdi?

    Sabah və ertəsi gün Qlik Sense interfeysini ətraflı şəkildə mənimsəyəcəyik, cümə günü isə ilk Qlik Sense tətbiqiniz üçün məlumatları yükləyəcəyik :)
Faydalı linklər
Əgər daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mövzuları öyrənmək və biliklərinizi artırmaq üçün aşağıdakı linklərə daxil olun
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022