Qlik Associative Engine
04
/12
Bu gün nə haqqında danışacağıq
Bu gün ENİ neft və qaz şirkətinin Qlik analitikasının köməyi ilə 160 zavodun fəaliyyətinə necə nəzarət etdiyini, habelə eyni zamanda assosiativ modelin iş prinsiplərini öyrənəcəyik, yaşıl-ağ-boz rəng kodlamasına əsaslanan seçimləri başa düşməyə çalışacağıq!
UĞUR TARİXİ
ENI istehsalına davamlı nəzarət
Qlik Sense platformasının sayəsində İtaliyanın ən böyük neft və qaz şirkəti Eni analitikanı real vaxtda qəbul edir.
ENİ şirkəti, dünyada istehsal göstəriciləri və əməliyyatlar haqqında gündəlik məlumatları ötürən 160-dan çox təbii qaz və neft müəssisəsinə malikdir. Onların bir çoxu kapitalı 1,8 milyon barel neftin ümumi orta gündəlik hasilatının dəyərinə bərabər olan transmilli şirkətə məxsusdur. Müəssisələrin ümumi vəziyyətinin monitorinqi həm texniki xidmətlə bağlı əməliyyatların idarə edilməsi, həm də şirkətin qarşıya qoyduğu strateji hədəflərə çatması üçün son dərəcə vacibdir.

Əvvəllər fabriklər əməliyyat məlumatlarını elektron poçt vasitəsi ilə göndərirdilər, həmin məlumatların təhlili isə Excel formatında olan standart elektron cədvəllərindən istifadə edərək əl ilə aparılırdı. Bu proses xeyli vaxt və resurs tələb edirdi. Menecerlər istehsalın icmalını yalnız iş gününün sonunda, elektron poçtla göndərilən PDF vasitəsilə alırdılar. Statik və məhdud PDF formatı daha dərin təhlilin aparılmasına imkan vermirdi.
ENİ şirkətinə bu məlumatların idarə edilməsini və təhlilini təkmilləşdirmək lazım idi, bu daistehsaldan çox idarəetmə məsələləri üçün vacib idi.
Layihənin məqsədi — məlumatların aktuallığını və keyfiyyətini artırmaq, həmçinin bu məlumatların dənəvərliyini artırmaq idi. Şirkətin qərarların yüksək keyfiyyətini qorumağa imkan verən vahid platformaya ehtiyacı var idi.

Şirkətin daxilində New Flash kimi tanınan və veb-tətbiqi şəklində olan bir daşbordun işlənib hazırlanması üzrə geniş və mürəkkəb layihə tərəfdaşla birlikdə ENİ şirkətində işə salındı. Cihazlar paneli — fəhlələr, menecerlər və şirkətin yüksək rəhbərliyi daxil olmaqla 1000 nəfərdən çox istifadəçi üçün nəzərdə tutulmuşdur.
Dashbordun məqsədi – müəssisələrin səmərəliliyi haqqında məlumatların asan və operativ şəkildə əldə etmək, həmçinin hədəf göstəriciləri və tarixi məlumatların təhlili və müqayisə edilməsi üçün imkan yaratmaqdır.
İstehsal analitikası ilə Daşbord nümunəsi
Nəticədə, şirkət, demək olar ki, real vaxt rejimində yenilənən, bir baxışda bütün dünyada resursların çıxarılması və CO2 tullantıları prosesinin tam icmalını əldə etməyə imkan verən inteqrasiya olunmuş bir həll yolunu tapmağı bacardı. Məlumatlara yataq (ayrıca zavod), aktiv (zavodlar qrupu) və ya coğrafi ərazi üzrə baxmaq mümkündür. Bütün məlumatlar toplanır və neft və ya qaz üzrə bölünür. Bundan əlavə, ENİ şirkəti QlikGeoAnalytics texnologiyasından istifadə edərək, sonradan bütün fabriklərdəki müxtəlif vəziyyətləri tez bir zamanda aşkar etmək üçün rəng kodlaşdırmasından istifadə edərək fabriklərin xəritədə görüntüləməsi imkanını əlavə etdi.
Paolo Galbiati
ENI şirkətinin baş layihə meneceri
İstifadəçilərə (ilk növbədə menecerlərə) təqdim etmək və yeni layihənin üstünlüklərini əyani şəkildə nümayiş etdirmək üçün elektron cədvəllərdən əldə edilən məlumatların əsasında bir cihazlar panelini yaratdıq. Sonra isə veb-tətbiqini hazırladıq, ardınca da mobil versiya əmələ gəldi. QlikSense həllinin effektivliyinə və sadəliyinə şəxsi təcrübələrində əmin olan bütün layihə iştirakçıları bunu qəbul etdilər.
Qlik Sense platformasına əsaslanan yeni həll əvvəlki təhlil üsulları ilə müqayisədə - böyük bir addımdır. Əvvəllər menecerlər məlumatları axşamlar PDF şəklində alırdılar, indi isə bütün məlumatlar günorta saatlarında hazır olur – məlumatların yüksək səviyyədə təfərrüatları və keyfiyyətinə inamla birgə.

Tez-tez olduğu kimi, Qlik Sense platformasının köməyi ilə hazırlanan həll şirkətin Logistika şöbəsi və mühəndislər kimi digər bölmələri tərəfindən də müsbət qarşılandı. Həmkarlar indi də şəxsi profilləri üzrə oxşar tətbiqləri işləyib hazırlamaq üçün Qlik proqramından istifadə imkanlarını nəzərdən keçirirlər.
NƏZƏRİYYƏ
Qlik rabitəli mexanizm (Qlik Associative Engine)
BI-sistemlərinin əksəriyyəti standart SQL-sorğularına əsaslanır — bu sistemlər xəttidir və məlumatlardan nəyi əldə etmək istədiyinizi bildiyinizi təxmin edir (əks halda sorğu formalaşmır). Tədqiqat zamanı həmin məlumatların kəsiyinə baxmaq istədiyiniz halda, yeni sorğu göndərməli olacaqsınız: bununla olduqca narahat “soruş, gözlə cavab ver” dövrü əmələ gələcək. Məlumatlara dair hər bir yeni sorğu növünün gözləmə müddəti olur.

Xətti sorğular ilə işlədiyiniz zaman həmişə ilkin sorğunun nəticələri ilə məhdudlaşdırılacaqsınız. Əlavə kəsiyə, məsələn, marketinqə aid məlumatlara baxmaq istədiyiniz halda, sorğunu dəyişin və yeni mənbələr ilə olan əlaqəni qeyd edin. Əgər bu cür əlaqələri görə bilməsəniz, və yaxud bunları necə əlaqələndirmək haqqında ümumiyyətlə məlumatınız olmazsa, ola bilsin ki, sizin lazım olan məlumatların mövcud olması haqqında xəbəriniz olmasın. Siz sadəcə sizdə olan məlumatlar ilə qarşılıqlı əlaqəni görməyəcəksiniz.
Qlik portalında biz bu problemi Associated Engine (Rabitəli mexanizm) fərdi patentləşdirilmiş innovasiya sisteminin köməyi ilə həll edə bildik. Bu mexanizm azad qaydada interaktiv tədqiqat və təhlililn aparılması məqsədi ilə hazırlanıb.
Qlik portalında bütün yüklənmiş məlumatlar avtomatik qaydada vahid modeldə birləşir ki, bütün məlumatlar eyni qaydada emal edilsin, itkilərə yol verilməsin və məlumatlar arasında rabitə qurulsun.
Cədvəllər arasında ağıllı qarşılıqlı əlaqələr yaranır və kontekst formalaşır — istifadəçilər hər hansı mürəkkəb sorğu olmadan asan şəkildə analitika yaratmaq imkanına sahib olmalıdırlar. Bununla yanaşı, Qlik portalında cədvəlləri əvvəlcədən ideal qaydada modelləşdirməyə ehtiyac olmadan emal edilməmiş və yaxud natamam məlumatları yükləmək mümkündür.
Rabitəli model necə çalışır
Texniki tərəf, yəni əlinizdə olan məlumatların ani əlaqəsi və bütövlüyü ilə yanaşı, rabitəli model Qlik Sense interfeysində görünür. Rabitəli modelin əsas məqamlarından biri — əlbəttə ki, rabitə mexanizminin özüdür.
Rabitələrin praktikada əyani misalı:

Girişdə filtr kimi istifadə olunan ölçü dəstinə sahib olan istifadəçi üç rəngə əsaslanaraq məlumatlar arasındakı qarşılıqlı əlaqələri izləyə bilər:
yaşıl – cari seçimlər,
– seçim ilə əlaqəli məlumatlar,
açıq boz – alternativ seçim (cari məlumat kəsiyinə düşmür, lakin bu məlumatların köməyi ilə digər sahələr ilə mübahisə yaratmadan cari seçimi tamamlamaq mümkündür),
tünd boz – seçimdən kənarda olan məlumatlar.

Məsələn, biz öz şəbəkəmizdə satış analizini aparırıq. Aşağıdakı şəkildən göörünür ki, bizim üç nəfər müştərimiz (seçiliblər, yaşıl sahədədirlər)
  • şəbəkəmizdə olan məhsulları ağ sahədə qeyd olunan şəhərlərdə əldə edirlər,
  • sənədləri şəbəkəmizin adları ağ sahədə qeyd olunan menecerlərinin vasitəsi ilə rəsmiləşdirirlər,
  • ağ sahədə qeyd olunan brendləri, qrupları və məhsul cərgələrini alırlar.
  • həmin məhsullar ağ sahədə qeyd olunan ölkələrdə istehsal olunur və bu əməliyyatların arasında iadə yoxdur, yalnız satışlar mövcuddur,
  • alternativ müştəri və tədarükçü seçimi mövcuddur (açıq boz qiymətlər), onların vasitəsi ilə cari analitika kəsiyini genişləndirmək mümkündür,
  • və, bundan əlavə – bu məhsulları iki nəfər seçilmiş tədarükçü tədarük edir. Bundan sonra analitikanı zənginləşdirmək mümkündür: şəbəkənin inkişafı, çeşid və nomenklatura dəyişikliyi ilə bağlı müvafiq nəticələrə gəlmək üçün orta qəbzi, marja faizini, əlavə dəyər faizini və s. əlavə etmək.
Başa düşmək lazımdır ki, təhlilin aparılması üçün hər iki işıqlandırma variantı qiymətlidir — həm ağ, həm də boz rəng — ona görə ki, əgər bizim məqsədimiz, məsələn, hansı şəhərlərdə yüksək marjalı məhsulun mövcud olmadığını müəyyən etməkdirsə, səbəbləri aşkar etmək və aradan qaldırmaq məqsədi ilə, məhz xaric edilmiş (boz) regionlara diqqət etməliyik.
Rabitəli modeldəki məlumatların tədqiqatının sayəsində istifadəçi eyni vaxtda bir çox şəxsi məlumat mənbələrinə (hətta fərqli sistemlərdən belə) daxil ola bilir. Məlumatlar ilə bağlı sorğu yaratmağı bacarmaq üçün məlumat üzrə ekspert olmağa ehtiyac yoxdur, bunun üçün intuitiv qaydada filtr seçmək kifayətdir.

PRAKTIKA

Praktiki məsələ
    1. Tətbiqi "Qlik Associative Model_Day 04 linkindən Yükləyin.qvf
    2. Tətbiq vərəqlərindəki tapşırıqları həll edin. Burada Qlik proqramının assosiativ məlumat modelinə aid əsas bilgiləri əldə etmək və seçim zamanı yaşıl-ağ-boz rəng birləşmələri ilə işləmə üçün təlimatlar var.
    3. "Next"düyməsini basaraq bütün tətbiq vərəqlərini bir-bir keçin
Faydalı linklər
Əgər daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mövzuları öyrənmək və biliklərinizi artırmaq üçün aşağıdakı linklərə daxil olun
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022