İlkin vizuallaşdırmalar
07
/12
Bu gün nə haqqında danışacağıq
Dünyada 30.000 nəfərdən çox işçisinin Qlik Sense analitikasından istifadə etdiyi Novartis keysi, həmçinin məlumatların vizuallaşdırılması məqsədi ilə Visual Vocabulary yaratmaq üçün onların daxili təşəbbüsü ilə tanış olacağıq! Və əlbəttə ki, vizuallaşdırmanı öyrənməyə davam edəcəyik – vizuallaşdırma komponentlərinə baxacağıq və ilk bar çart və layn (xətti) çartı yaradacağıq!
UĞUR TARİXİ
Novartisdə vizual üslub bələdçisi
İsveçrənin Novartis şirkətinin dünyada 100.000-dən çox işçisi var, 2020-ci il üçün gəliri 48 milyard ABŞ dollarını keçib. Şirkət tibb, əczaçılıq və biotibbi sənayenin əsas oyunçularından biridir. Novartis şirkətinin patentli yenilikçi dərmanlarının qlobal portfelində 50-dən çox əsas məhsul var, bunların çoxu öz sahələrində liderdir.

Qlik Sense platformasının tətbiqi və Formulaone daxili təşəbbüsü çərçivəsində mövcud Big Data Platforması ilə birgə inteqrasiyası İsveçrənin Novartis transmilli əczaçılıq şirkətinin 30.000 nəfər işçisinin 500-dən çox analitik tətbiqəgirişini təmin etdi. Bunun sayəsində data-driven yanaşması şirkət daxilində korporativ mədəniyyət və idarəetmənin bir hissəsi oldu. Lakin bu da son deyil!
Georgi Vinoqradov
BI rəhbəri, Novartis
Ümumiyyətlə, məlumatların təhlilində iştirak edən komandalar üçün üslub bələdçisi əlavə və ya lazımsız bir şey kimi qəbul edilir. Çox güman ki, bir çoxları hesabatdakı məlumatların keyfiyyəti və proqnozlaşdırıcı modellərin yüksək ROC-AUC-u – son istifadəçilərin həqiqətən ehtiyac duyduğu şey olduğuna, infoqrafika ilə isə dizaynerlərin məşğul olmalı olduğu ilə razı olacaqlar.

Nə gizlədim ki — mən özüm də bununla tam razı olardım, lakin bir nüans var:
Vizual məlumatın keyfiyyət səviyyəsi son istifadəçilər tərəfindən biznes qərarlarının qəbuletmə dəqiqiliyinə birbaşa təsir edir.
Başqa sözlə, səhv seçilmiş qrafiklər və rənglər də məlumat səhvləri kimi asanlıqla səhv nəticələrə səbəb ola bilər.

Eyni zamanda, ən yaxşı UX/UI prinsiplərinə uyğun olaraq, gözəlliyin yaradılması prosesi mexaniki öyrənmə modellərinin tənzimlənməsindən az bilik və təcrübə tələb etmir. Ümumiyyətlə, BI-tərtibatçıları ağır çəkili ETL-lərin öhdəsindən asanlıqla gəlir, lakin düzgün rəng və ya qrafik seçməkdə çətinlik çəkirlər.

Dünyaların hər birinin ən yaxşısını birləşdirmək üçün tətbiq olunan və asanlıqla ölçülə bilən bir üslub bələdçisiniyaratmağı düşündük. Bizim üçün qaydalar və tövsiyələr toplusu deyil, tətbiq olunan bir aləti yaratmaq vacib idi.

Layihənin əsas vəzifələri belə görünürdü:
1
Dashboardların inkişaf sürətini artırmaq
2
Asan ölçülə bilən sadə BI alətini yaratmaq
3
Bütün analitik hesabatlar üçün normativ bir forma yaratmaq
4
Son istifadəçilər tərəfindən qəbul edilən biznes qərarlarının keyfiyyətini və sürətini artıraraq istifadəçi təcrübəsini artırmaq
Denis Burıy
məlumat analitiki, Novartis
Visual Vocab – məlumatlı hesabatlar yaratmağı öyrənmək üçün daha praktik bir yoldur. Bu, Novartis istifadəçiləri üçün hazırlanmış, hesabatların yaradılmasında başlanğıc nöqtəsi kimi daha faydalı olan təsnif edilmiş vizualizasiyalara malik proqramdır.

Tətbiqin əsas səhifəsində kateqoriyaların təsvirini öyrənə, hesabatın qarşısında duran vəzifələrlə əlaqələndirə və sonra istədiyiniz əlavəyə keçə və vəzifəyə ən uyğun ola biləcəyi barədə ilkin fikirlər yaratmaq üçün kateqoriya daxilində diaqram növünü seçə bilərsiniz.
Təqdim olunan vizuallaşdırma siyahısı tam deyil, lakin hesabat, prototip, vizuallaşdırma testi və alətin yeni yollar iləistifadəsi məqsədi ilə ilham yaratmaq üçün faydalı bir başlanğıc nöqtəsidir.
Tutaq ki, sabit bir nəzarət nöqtəsindən uyğunsuzluqları vurğulamaq lazımdır — bu zaman istifadəçi Deviation (uyğunsuzluq) bölməsini seçir.Onun vəzifəsi – iki və ya daha çox dəyişən kəmiyyət arasındakı əlaqəni göstərməkdir — Correlation (korrelyasiya) qrupu və s. Seçilmiş vizuallaşmaları öz hesabatınıza kopyalaya və məlumatları əvəz edə bilərsiniz.
Georgi Vinoqradov
BI rəhbəri, Novartis
Üslub bələdçisinin bütün elementlərinin yaradılması prosesi 3 ay çəkdi, lakin bunu tamamlanmış bir layihə, daha doğrusu ilk versiya adlandırmaq çətindir. Sərbəst buraxıldıqdan sonra alət yaşamağa və inkişaf etməyə davam edir. Biz Vizvocab'ın a funksionallığını müntəzəm olaraq artırırıq və genişləndiririk, inkişafı daha sürətli və istifadəçi təcrübəsini daha yaxşı etmək üçün formalaşmış BI təcrübələrini yekunlaşdırırıq.
NƏZƏRİYYƏ
Vizuallaşdırma komponentləri
İstənilən diaqram dörd hissədən ibarətdir — koordinat sistemləri, şkala, vizual kodlama və kontekst. Bu quruculuq bloklarının hər biri özünün ayrıca funksiyasını yerinə yetirir, birlikdə isə diaqramın auditoriya tərəfindən sadə və tez qavranmasını təmin edirlər.
Məlumatlarınıza aid düzgün vizualizasiyanı seçdiyiniz zaman bu dörd əsas hissənin necə işlədiyini və nədən ibarət olduqlarını anlayacaqsınız.
>> Koordinat sistemləri
Diaqramın xarici görünüşü tamamilə seçilmiş koordinat sistemindən asılıdır. Koordinat sisteminin 3 növü mövcuddur: dekart, qütb və coğrafi. Dekart koordinat sistemi hamıya məktəb dövründən tanışdır: ən geniş yayılanı - X və Y koordinatları ilə olan növdür. Qütb sistemində koordinatlar bucağın radiusu və ölçüsünə uyğun yerləşir. Geosistem en və uzunluq dairələrini koordinatlar kimi istifadə etməyə imkan verir və xəritə qurmağa şərait yaradır.
>> Şkalalar
Şkalaların üzərindəki məlumat qeydləri bizə nəyə baxdığımızı anlamağa, qrafikin ölçüsünü müəyyən etməyə, hər kateqoriyanın nəyə cavabdeh olduğunu dərk etməyə kömək edir. Şkalanın ölçüsü, həmçinin, yekun qrafikin necə görünəcəyini təyin edir.
>> Vizual kodlama
Məlumatları dərk edə bilmək üçün düzgün kodlaşdırmaq lazımdır. İstifadə edəcəyiniz vizual kodlama sizə aid məlumatın mahiyyəti və məqsədinizdən asılıdır. 

Vizual kodlama aşağıda qeyd olunanların vasitəsi ilə ifadə oluna bilər:
  • Sütunlar
  • Xəttlər
  • Nöqtələr
  • Simvollar (kvadratlar, ulduzlar, üçbucaqlar…)
  • Sahə
  • Bucaq radiusu
  • İstiqamət
>> Kontekst
Kontekst — auditoriyaya diaqramın məna incəliklərini anlamağa kömək edən mətn və məlumat tərtibatıdır: göstərici adı, zaman çərçivələri, qısaltmaların izahları. Kontekst olmadan məlumatların izahı qeyri – düzgün ola bilər.
Sütunlu diaqram
Javid Nazarov Rustam
Product Owner, Smart Solutions Group
Sütunlu (zolaqlı) diaqram — ən geniş yayılan və universal diaqram növüdür. Bu diaqram “nə qədər?” sualına cavab verir və kateqoriyaları öz aralarında müqayisə etməyə imkan verir.

Göstəricinin kəmiyyəti sütunların uzunluğu vasitəsi ilə ifadə olunur: sütun nə qədər uzun olarsa, qiyməti də o qədər yüksək olur. Kateqoriyaların harada yerləşməsindən asılı olaraq, sütunlu diaqram həm şaquli, həm də üfüqi formada ola bilər.

Əgər zolaqlı diaqram vasitəsi ilə zaman daxilindəki trendləri əks etdirmək istəyirsinizsə, bunu xəttli qrafikin köməyi ilə etmək daha yaxşıdır.
Qlik Sense proqramında diaqram ən azından bir kəmiyyət və bir aqreqasiya edilmiş ölçünün üzərində yaradılır. Standart zolaqlı diaqram əsasında bir neçə ölçüdən ibarət zolaqlı diaqramı yaratmaq mümkündür. Bunun üçün, diaqramı yaratdıqdan sonra, məlumat toplularının qruplaşması opsiyasını əldə etmək üçün xüsusiyyətlər hissəsinə əlavə bir ədəd ölçü əlavə etmək lazımdır.
Histoqram
Histoqram — kəmiyyətin paylaşmasını əks etdirən statistik qrafik növüdür. Histoqram – dəyişən kəmiyyətin tezlik göstəricisini, yəni bu və ya digər qiymətə məlumat toplusunda neçə dəfə rast gəlindiyini əks etdirir. Vizual kodlama kimi burada üsutunun uzunluğu qeyd olunacaq — uzunluq nə qədər çox olarsa, kəmiyyətin qiymət tezliyi də o qədər artıq olur.

Histoqramlar qiymətlərin konsentrasiyasını izləmək, ekstremumları müəyyən etmək, statistik paylama növünü təyin etmək üçün istifadə olunur. Məna baxımından, histoqram paylama sıxlığını əks etdirir.

Paylamalar məlumatların mahiyyətini anlamaq üçün vacibdir. Assimetriyalar, mərkəzi tendensiya ölçüləri histoqram üzərində daha aydın görünəcək. Ümumilikdə, bu, məlumatlara aid hansısa “surətdir” hansını ki biz, yeri gəlmişkən, digər məlumatlardakı surətlər ilə müqayisə edə bilirik — bu da səmərəli olacaq!
Xəttli qrafik
Önder Altınbilek
VP of Customer Success, BI Technology
Xəttli qrafik — kəmiyyətin zaman daxilində dəyişməsini (trendlər, proqnozlar və dinamika) əks etdirmək üçün ən standart üsuldur. Xəttli qrafiklərin üzərində, müxtəlif göstəriciləri təsvir edən həm bir, həm də bir neçə xətt əks oluna bilər.

Xəttli qrafiklərdən çox vaxt məhz məlumatların zaman daxilində əks etdirilməsi məqsədi ilə istifadə olunur. Xətt – məlumatların ayrı – ayrı qiymətlərini birləşdirir və görünən ölçü, pozulma, trendlərin üzərindəki aksenti gücləndirir (diqqəti ayrı – ayrı qiymətlərə yönəldən, və həmin qiymətləri biri – biri ilə əlaqələndirməyən sütunlardan fərqli olaraq).

Qlik Sense proqramında xəttli qrafiki yaratmaq üçün bir ölçü və bir kəmiyyət kifayətdir. Bu zaman ölçü həmişə X oxu, dərəcələr isə Y oxunun üzərində yerləşir. Bir neçə məlumat toplusu üzrə xəttli qrafik qurmaq və bir neçə xətt əldə etmək üçün əlavə ölçülərdən istifadə edə bilərsiniz.
Xəttli qrafiklərdə, həmçinin, aşağıdakı imkanlar mövcuddur:
  • Kəmiyyətləri məlumat mənbəyindən ayırmaq üçün xəttin üzərindəki nöqtələri göstərmək
  • null-qiymətlərini necə göstərməyi müəyyən etmək (aralıqlar, nöqtələrin birləşmələri, sıfırlar)
  • xəttli qrafikin növünü seçmək: xətt ilə və ya sahə ilə.
Vizullaşdırma üzərində bir neçə ölçü göstərmək lazım olduqda, iki oxlu birləşdirilmiş diaqramlardan istifadə edin.
Birləşdirilmiş diaqramlar aşağıdakl hallarda uyğundur:
Eyni X oxlu xəttli qrafik ilə sütunlu diaqramın mövcud olduğu halda
bir neçə göstəricinin digər qiymət diapazonları ilə müqayisəsi üçün
bir vizulallaşdırmada yer alan iki göstərici arasındakı korrelyasiyanın nümayişi üçün
digər göstərici tərəfindən təyin edilən göstəricinin uyğunluğunun yoxlanması üçün
Daha geniş yayılmış nümumə: plan ilə faktın müqayisəsi və yaxud faiz hissəsinin tam qiymətlərin yanında ək etdirilməsi. Belə olan halda, birləşdirilmiş qrafik üzərindəki dərəcələr fərqli (tam qiymətlər və %, 10-100 və milyardlar üzərində dayanan şkalalı göstərici), və ya eyni (eyni ölçülü gəlirlər və xərclər) ölçüdə ola bilər.

İkinci oxun seçiminə daxilolma — “Digər xüsusiyyətlər” düyməsi və “İkinci ox” seçiminin köməyi ilə.
Dairəvi diaqram
Dairəvi diaqramlar dairə seqmentlərinin köməyi ilə məlumat kateqoriyaları arasındakı münasibətləri əks etdirir. Dairənin bütöv çevrəsi 100%-ə bərabərdir. Dairənin ayrı – ayrı hissələri müəyyən kateqoriyanın hissəsini əks etdirir. Dairəvi diaqramlar seqmentlərin az miqdarlı proporsiyalarının təqdimatı üçün əlverişlidir.

Dairəvi diaqramların istifadəsi zamanı yol verilən ən böyük səhv – kifayət qədər böyük sayda olan seqmentlərin çıxarına cəhddir. Buna görə diaqram həddindən artıq yüklənmiş kimi görünür, məlumatları mənimsəmək isə çətindir. Bununla yanaşı, belə olan halda sıfır və ya mənfi qiymətləri əks etdirmək mümkün deyil.

Dinamikada seqment payındakı illər üzrə dəyişiklikləri müqayisə etmək üçün bir neçə dairəvi diaqramdan istifadə etməyin. Müqayisə aparmaq mümkün olmayacaq.
Ağac diaqramı
Dilbar Huseynli Alkhas
Business Analyst, Smart Solutions Group

Ağac diaqramı (və yaxud trimap) — inteqral hissələrinin nisbətlərini əyani şəkildə əks etdirən səthi cədvəldir. Bu, qoyulan düzbucaqlı dördbucaqların köməyi ilə iyerarxik məlumatların əks etdirilməsi üsuludur.

Ağac diaqramının qurulması üçün ən azından bir kateqoriya və bir ölçü tələb olunur. Kateqoriyalar “bölünməni”, ölçülər isə hər bir düzbucaqlı dördbucağın sahəsini müəyyən edəcək.

Göstərici qiymətini bir neçə vasitə ilə əks etdirmək mümkündür: düzbucaqlı dördbucaqların üzərindəki qeydlər ilə, rəngləri ilə, həmçinin defolt üsulu ilə — sahəsi göstərici payına proporsional olan düzbucaqlı dördbucağın ölçüləri.
Nöqtəli diaqram
Nöqtəli diaqram — və yaxud dağıtma diaqramı, skatterplot — səth üzərindəki bütün çoxluq elementlərinin paylanmasını əks etdirir. Bu, statistk diaqramdır və çox vaxt iki dəyişən kəmiyyət arasındakı korrelyasiyanın tapılması üçün istifadə olunur.

Bir müstəqil parametrin qiyməti üfüqi, tabeli parametrin qiymətləri isə — şaquli oxun üzərində toplanır.

Bu diaqramın bir çox digər diaqramlardan fərqi odur ki, burada ölçü qiymətləri başlıq formasında oxlardan birinin üzərində deyil, diaqram üzərində nöqtələr şəklində yerləşir. İki oxun üzərində iki əsas ölçü şkalaları qeydə alınır.

PRAKTIKA
Praktiki məsələ
  • Praktiki tapşırıq 1.

    Biz artıq yüklənmiş olan məlumatların əsasında işləyəcəyik (05-ci günün təcrübəsindən).

    Filmlərin sayına görə ölkələrin reytinqini əks etdirən zolaqlı diaqramı (Bar chart) qurun. Əvvəlkitapşırıqlarda olduğu kimi, ölçü və meyarlardan istifadə etməyə çalışın.

    Vizuallaşdırma üçün bir başlıq, alt başlığı göstərin.
Göstərişlər:

Reytinqlər ümumiyyətlə bütün ölçü qiymətlərini göstərmir, əksinə, ən yaxşı və ya ən pis qiymətlər ilə məhdudlaşır. Yalnız ilk 5 qiyməti çıxarmaq üçün ölçünün məhdudlaşdırması parametrlərindən istifadə edin.

Bunu edərkən, məhdudiyyətin göstərilən çeşIDləmə qaydası ilə birlikdə işləyəcəyinə diqqət yetirin. Reytinq üçün çeşidləmə qaydası filmlərin sayına görə olmalıdır. Sizdə olan çeşidləmə qaydası fərqlidirsə (ölkənin adı ilə), meyarınadını yuxarıya qaldıraraq qaydanı dəyişdirin.
  • Praktiki tapşırıq 2.

    Filmlərin sayını istehsal ilinə görə əks etdirən bir xətti qrafiki (Line Chart) qurun. Qrafikin üzərindəbir xətt göstəriləcək, lakin ikinci ölçünü əlavə etməklə, ikinci ölçüdəki qiymətlərin sayı qədər xətti əks etdirə bilərik.

    Genre ölçüsünü əlavə edin və qrafikdəki hər bir xətt ayrı bir janrın dinamikasını əks etdirəcəkdir. Seçimlər quraşdırılmadığı halda, qrafikdə bir çoxlu sayda xətt görsənəcəkdir. Bu, zəif vizuallaşdırmanın tipik bir nümunəsidir, spagetti chart:
Adətən xətti qrafikin üzərində 5-dən çox xətt göstərmək tövsiyə edilmir.
İpucu

Qiymətlərin ölçü sayını azaltmaq üçün Limitations-lardan istifadə edə bilərik (marafonun öncəki günündə verilən tapşırıqda olduğu kimi, harada ki ölkələrin reytinqini ən çox film sayına əsasən müəyyən etmək tələb olunurdu).

Bu gün biz başqa bir üsuldan istifadə edirik — qrafikə hesablama şərtini əlavə edəcəyik. Hesablama şərtində ifadə göstərilir: ifadənin doğru olduğu halda vizuallaşdırma əks olunacaq, əks halda mətni ikinci parametrlə göstərilən mesaj əks olunacaqdır.

Hesablama şərtinə count(distinct [Genre]) <= 5 ifadəsini, əks olunan bildirişə isə ifadənin yanlış olduğu halda əmələ gələcək mətni əlavə edin. Qrafikin yanında Janr ölçü filtrini yerləşdirin. Filtrdə beş və ya daha az janr seçildikdə vizuallaşdırmanın göstəriləcəyinə əmin olun.
Faydalı linklər
Əgər daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mövzuları öyrənmək və biliklərinizi artırmaq üçün aşağıdakı linklərə daxil olun
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022