Daşbordun yaradılması
və DAR prinsipi
10
/12
Bu gün nə haqqında danışacağıq
TayqaTech şirkətində analitik MVP-nin yaranma tarixinə, habelə əyani və aydın analitik nəqletmə bacarığına nail olmaq üçün Qlik Sense platformasında daşbordların DAR prinsipi ilə qurulması konsepsiyasına nəzər salacağıq.
Vebinarın anonsu
9 dekabr, 17:00 – 18:00 (Baku, GMT+4)
Marafonun ikinci həftəsinin icmalı
Ekspertlər:
• Hüseynli Dilbər Alxas qızı, Smart Solutions Group şirkətinin biznes analitiki
• Simon Astaxov, Qlik CIS şirkətinin daxili həllər üzrə proqramçısı

Dilbər bu həftə keçdiyimiz vizuallaşdırmaların hazırlanması, ifadələrin yazılması, set-analysis və daşbordların yığılmasını göstərəcək. Və bütün bunlar — dövlət satınalmaları üzrə dataset əsasında həysata keçiriləcəkdir.

Vebinar proqramında:
• Qlik Sense platformasında əsas vizuallaşdırmaların yaradılması (o cümlədən bar-çatlar, KPI, cədvəllər və s.),
• DAR prinsipləri əsasında daşbord qurulması,
• marafon iştirakçılarının suallarının cavablandırılması - ingilis dilində. Ekspertlər: Dilbər (Smart Solutions) və Simon (Qlik CIS)
Marafonunun sertifikatını əldə edin
Qlik proqramında tapşırıqları yerinə yetirmisinizsə və sertifikat almaq istəyirsinizsə – öz işlərinizi bizə göndərin
UĞUR TARİXİ
Qlik daşbordunu necə 2 həftə ərzində yaratmaq və CRM-sisteminə daxil etmək olar: TayqaTechtəcrübəsi
TayqaTech – Bakıda mərkəzi ofisi olan beynəlxalq İT-həlləri təqdim edir. Şirkət, xüsusilə FMCG sektorunda fəaliyyət göstərən şirkətlərə satışla əlaqəli iş proseslərini təşkil etməyə və idarə etməyə kömək edən TayqaSale həlli daxil olmaqla, bir sıra İT-məhsullarını işləyib hazırlayır. Ümumilikdə, Azərbaycan ərazisində 5000 nəfərdən çox sahə əməkdaşları (merçendayzer, satış təmsilçisi, audit və s.) gündəlik işlərində TayqaSaleproqramından istifadə edir.
Kənan Məmmədov
TayqaTech şirkətinin Platforma və Layihə meneceri
Biz çoxdan başa düşürdük ki, TayqaSale platformasında müştərilərimizə satış proseslərini daha da səmərəlişəkildə idarə etməyə kömək edəcək satış və işçi fəaliyyəti analitikası üzrə interaktiv modul lazımdır. Biz, bir sıra analitik alətləri və daxili proqramlaşdırma ilə ərsəyə gətirdiyimiz analitik modulu istifadə etməyə çalışdıq. Lakin bu, böyük həcmli məlumatların emalı və qiymət modelimizlə işləmə zamanı cavab sürəti tələblərinə cavab vermirdi. Buna görə də, bu dəfə Qlik ilə başqa bir pilot layihə hazırlamaq qərarına gəldik.
TayqaTech şirkətində Qlik vendorunun həlləri ilə ilə birlikdə 2 həftə ərzində pilot layihəsi həyata keçirildi, həmin layihə çərçivəsində analitik tətbiq hazırlandı və TayqaSale interfeysinə daxil edildi. Belə bir Qlik əsaslı MVP tətbiqinin funksionalı 4 daşbordu ehtiva edirdi:
Satış üzrə ümumi daşbord: satış planının icrası, menecerlərin fəaliyyəti, ödənişlər və s. üçün KPI
Ətraflı işçi analitikası: satış menecerlərinin müəyyən dövr üçün reytinqi, hər bir menecerin əməliyyatlar üzrə borcların, fəaliyyətinin həcmi və s
Ətraflı satış analitikası: məhsul və əmtəə kateqoriyaları üzrə satış strukturu, əmtəə qrupuna daxil edilən məhsulların hansı – mini-marketlərdə, hansı – supermarketlərdə daha yaxşı satılır
Merçendayzerlərin çeklistlərinin analitikasının nəticələri: merçendayzerlərin hansı işi mağazadakı satışa təsir edir, satış həcminin malların rəfdə yerləşdirilməsi şərtlərinin yerinə yetirilməsindən asılılığlı
Bundan əlavə, pilot layihənin vacib bir mərhələsi – məlumatların yoxlanılması və giriş hüquqları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması vacib idi, çünki hər bir istifadəçi (müştəri) yalnız özünə aid məlumatlarla analitikaları görməli idi.
Kənan Məmmədov
TayqaTech şirkətinin Platforma və Layihə meneceri
Qlik üzərində mükəmməl bir MVP analitika layihəsinin hazırlanması və həmin layihənin TayqaSale proqramına daxil edilməsinə sərf olunan vaxtdan həqiqətən də təsirləndik. Layihənin başlanmasından artıq 2 həftə sonra beş nəfər müştərini analitikaya giriş ilə təmin etdik və müsbət rəy aldıq: həm həllin sürəti, həm də doldurulmasıilə bağlı. Funksionallığı genişləndirmək üçün bir çox təkliflər var idi, yaxın gələcəkdə Qlik analitikasının test rejimində işləyən müştəri bazasını genişləndirəcəyik ki, gələn ilin əvvəlində bütün müştərilərimizin istəklərini nəzərə alan və bütöv həll ilə təchiz edilmiş böyük bir TayqaSale relizini buraxaq.
Elnur İsayev
Texniki Direktor & Həmtəsisçi | TayqaTech
Biz son zamanlarda bir sıra beynelxalq analitika həlləri ilə tanış olduq və araşdırdıq. Lakin Qlik-in verdiyin xüsusiyyətlər və imkanlar bizə yetərli əsas oldu ki, bütün platformamızın analizlərini və çox sayda önəmli hesabatları Qlik üzərindən aparaq.
NƏZƏRİYYƏ
Daşbord nədir
Dashboard hesabat nəticəsində yaranan məlumatların vizual formada əks olunduğu görünüş tipidir. Qlik vasitəsilə dashboardlar istənilən formada və mexanizm üzrə yaradıla, həmçinin lazımı özəlləşdirmələr və filterləmələr aparıla bilər.

Daşbord məlumatları aydın şəkildə izah edərək və göstərərək istifadəçilər üçün tam aydın təsviri yaradır. Diaqramların yığcam formada yerləşdirilməsi məlumatları bir dəfə baxmaqla qiymətləndirməyə imkan verir. Və yazılı, çoxsəhifəli hesabatda bir neçə vərəqə baxış keçirməyin əvəzinə bütün məlumatlarım bir dəfəyə nəzərdən keçirmək mümkündür.
“Dasbord” termini ingilis dilindəki dashboard (alətlər paneli) sözündən əmələ gəlib. Təyyarə, avtomobil, kosmik gəmi və digər texnikalarda quraşdırılan daşbordlar bütün zəruri idarəetmə elementlərini bir panelin üzərində əks etdirir. Analitikada istifadə olunan daşbord da eyni işləri bir ekranın üzərində görür.
Dashboard dedikdə adətən yuxarıdakı şəkildə bir nəticə gözümüzün önünə gəlir və bu təsadüfi deyil. Dashboardun əsas xüsusiyyəti rahat və asanlıqla başa düşülən qrafiklərlə məlumatların anında əldə edilməsinə imkan verməkdir. Bu xüsusiyyətlər olmadan dashboard effektiv ola bilməz. Məsələn aşağıdakı tipdə bir ekran dashboard hesab edilə bilməz:
Dashboard yaradılma prossesi
Kənan Məmmədov
TayqaTech şirkətinin Platforma və Layihə meneceri
Dashboard bir sıra proqramlar və platformalar vasitəsilə yaradıla və strukturlaşdırıla bilər. Dashboardların hazırlanması zamanı əsas götürüləcək prinsiplər aşağıdakılardır:

1
Bir mövzu

Hər bir dashboard yalnız bir mövzu ətrafında olmalıdır. Bizim müştərilərimiz üçün yaratdığımız dashboarlar ayrı-ayrı seqmentasiyalar üzrə bölünərək hər bir şəxsin ehtiyacını tam qarşılamağa yönəlmişdir. Məsələn satış analizi ilə maliyyə məlumatları eyni dashboardda ola bilməz. Xüsusilə önəmli səbəb olmadığı müddətcə bir neçə mövzunu bir dashboard altında cəmləmək düzgün praktika sayılmır.
2
Hədəf önəmlidir

Dashboardlar müxtəlif departamentlər, şöbələr və şəxslər üçün fərqlənməlidir. Hər bir dashboard hədəf kütləyə görə fərqlənəcək. Məsələn rəhbər şəxslərin baxacağı ümumiləşdirilmiş dashboard ilə şöbə rəhbərinin baxacağı dashboard və məlumatlar tamamilə fərqli görünüşdə və formada ola bilər. Nümunə üçün satış üzrə ixtisaslaşmış bir şirkəti götürək: rəhbər şəxslər dashboardda cəmi satışları, qaytarmaları və s. xülasə tipli məlumatları görməlidir. Şöbə rəhbəri isə yalnız özünə aid olan məlumatları bir qədər də detallandırılmış şəkildə baxa bilər.
3
Suallarımız nədir

Dashboard özü müəyyən məqsədə xidmət etdiyinə görə həmin dashboarda baxacaq şəxslərin istədikləri məqsədə çata bilmələrini təmin etməlidir. Sual olaraq ilk növbədə cavablamalıyıq: bir istifadəçi olaraq mən X-i başa düşmək istəyirəm ki, Y məqsədimə çata bilim. Nümunə olaraq yuxarıdakı satış şirkətindəki bir şöbə müdiri rakursundan baxacaq olsaq: bir şöbə müdiri kimi mən hazırkı ildə/rübdə/ayda olan satışların əvvəlki periodlar ilə müqayisəsini başa düşmək istəyirəm ki, növbəti periodlar üçün planlama və hədəflərimi müəyyən edə bilim.
Əlbəttə ki bir dashboarun məqsədi maksimum spesifik olmalı, bir neçə sualı və hədəf kütləni özündə birləşdirməməlidir. Təbii olaraq, bir sıra şirkətlərdə və qurumlarda ilk vaxtlar xüsusi bir planlama etmədən bütün məlumatların dashboardda görünməsi tələb olunur. Lakin zaman keçdikcə dashboard öz əhəmiyyətini itirir və cədvəl-tərzi hesabata çevrilir.

Dashboard yaradılması zamanı ilk növbədə istifadəçi qrupları və cavablanmalı suallar müəyyənləşdirilməlidir. Bu dashboardların daha effektiv və yaddaqalan olmasını təmin edir.
DAR metodologiyası
Keyfiyyətli daşbordların layihələndirilməsi üzrə bir çox metodologiyalar mövcuddur. Bu üsullardan bir haqqında bəhs edəcəyik — daşbordların DAR prinsipinə əsasən quraşdırılması.

DAR metodologiyası çərçivəsində istifadəçiyə aqreqasiya edilmiş məlumatlar, sonra məlumatların təhlili üçün interfeys və detallı məlumatlara baxış ardıcıl qaydada ötürülür.

DAR prinsipləri təklif edir ki, proqramı 3 əsas hissəyə bölək:
→ Daşbord (Dashboard) - ümumi vizual xülasə
→ Analiz (Analysis) - detallı analitik məlumatlar
→ Hesabat (Reporting) - nəticə olaraq əldə olunan hesabat

Bu prinsipləri sadə formada izah edəcək olsaq: hər birisi QlikSense proqramında bir səhifə deməkdir. Hər bir hissədən bir neçə dənə də ola bilər.
Daşbord
Elnur İsayev
Texniki Direktor & Həmtəsisçi, TayqaTech
Dashboard-un əsas xidmət etdiyi məqsəd cari məlumatların ən anlaşılan formada izah edərək başa düşülməsini təmin etməkdir. Tipik olaraq dashboard-da aşağıdakı məlumatlar ola bilər:

01. Biznesin əsas məlumatlarının cari vəziyyəti (məsələn bu ay, bu gün üçün satış, qaytarma və ödəniş cəmləri). Yəni əsasən əməliyyat xülasələri. Amma həddən çox olmamalıdır. Maksimum 4-5 indikator yetərlidir.
02. Ekranda görünən rəqəmlər ehtiyac olan tarix aralığı üzrə görünsün. Məsələn cari gün, ay, il və s. Hər bir komanda və vəzifədəki şəxs üçün nə bu tarix aralığı fərqlənə də bilər.
03. Rəqəmlərin dinamikasını göstərmək – yəni dashboard-a baxan zaman hər bir şəxs əvvəlki periodlar ilə cari periodun fərqini görə bilməlidir. Bu dinamika tarix əsaslı olmaya da bilər. Müqayisəli şəkildə digər parametrlər üzrə də mümkündür.
04. Mümkün qədər trend xəttlər və ya trendi bildirən indikatorlardan istifadə - bu dashboard-da pozitiv və ya neqativ istiqamətli gedişatı daha aydın göstərir
05. Hər hansı hədəflər və proqres – bununla ümumi irəliləyiş dərəcəsini göstərmək olur
06. İrəliyə doğru proqnoz - ən azından trend əsasında başa düşmək üçün
07. Mümkün qədər az sayda cədvəl olmalıdır. Əsas üstünlük qrafik görünüşə verilir.
Ən əsası isə bir standard dashboard aşağıdakı suallara cavab verməlidir:

1. Vəziyyətimiz necədir? İnkişaf edirik yoxsa geri qalırıq? Hansı hissələrdə?
2. Hədəflərimizə çatırıq yoxsa geri qalırıq? Hans hissələrdə və nə səbəbə?
3. Əvvəlki dövrlər ilə müqayisədə irəliləyiş var yoxsa geriləyiş? Hansı hissələrdə?
4. Ən çox və ən az nəticə göstərmiş sahələr nədir?
Yuxarıdakı kontenti özündə birləşdirən və əsasən də suallara cavab verən bir dashboard nümunəsi olaraq aşağıdakı şəkilə baxa bilərik:
Analiz
Kənan Məmmədov
TayqaTech şirkətinin Platforma və Layihə meneceri
Görünüş olaraq dashboard-a oxşar olsa belə məqsəd və forma olaraq fərqlənir. Xüsusilə daha spesifik məlumatlara baxan zaman analiz edirik. Dashboard ilə Analizin əsas fərqi budur ki, dashboard-da məlumatlar ümumi, analizdə isə mümkün qədər spesifik olur.
Məsələn satış dinamikasını əks etdirən dashboar-u analiz edən zaman bir qədər də detala düşərək məhsullar, satış təmsilçiləri və müştərilər üzrə məlumatlara baxmaq imkanı olmalıdır.

Standart olaraq analizdə aşağıdakı kontentlər öz əksini tapir:

01. Məlumatların sıxlığı və spesifikliyi. Hər bir səhifənin aid olduğu konkret bir mövzu olur. Məsələn satış xülasələrini 3 fərqli analiz səhifəsinə bölmək olaraq:
a. məhsullar və brendlər üzrə
b. satış komandası və bölgələr üzrə
c. müştərilər və kanallar üzrə
02. Geniş sayda filter – dashboard-da olduğundan daha çox filter və detallandırma üçün filter imkanları olur
03. Daha ətraflı keçidlər üçün linklər, tooltip və s.
04. Reytinqlər, müqayisələr, fərqlər və periodik analizlər
Adətən analiz səhifələrində aşağıdakı tərz suallara cavab ala bilməliyik:
1. İnkişat və ya geriləyişin dinamikası keçədir?
2. Konkret hansı sahələr və müstəvilər üzrə öndə və ya geridəyik?

Məsələn yuxarıda göstərilən şəkilə baxaraq biz başa düşə bilirik:
1. Hansı təmsilçinin satış dövriyyəsi və gəlir marjası necədir
2. Ortalama gündəlik eniş-qalxış dinamikası necədir
3. Məhsul tipləri üzrə satış dövriyyəsində hansılar öndə, hansılar geridədir

Həmçinin ekranda bir sıra filterlər olduğuna görə daha dəqiq formada axtarış da edə bilərik.
Hesabat
Elnur İsayev
Texniki Direktor & Həmtəsisçi, TayqaTech
Bu hissə digərlərindən fərqli olaraq görsəlliyə və qrafikliyə önəm vermir. Hesabar bölməsində və ya vərəqlərində daha çox aşağıdakı tipdə kontentə rast gəlirik:

01. Bir və ya bir neçə vərəqdə məlumatlar
02. Cədvəl və ya pivot cədvəl forması
03. Maksimum sayda filter (mümkün bütün filterlər)
04. Maksimum detallı məlumat
05. Cədvəl və ya görünüş olaraq cədvəl formasına kənara çıxarmaq imkanı

Hesabatların cavab verməli olduğu spesifik mövzu və ya sual yoxdur. Adətən bütün suallara cavab verə bilmək imkanına sahib olmalıdır.
Yadda saxlamaq lazımdır ki, DAR konsepsiyası üzrə yaradılan tətbiqlər qeyri – xətti şəkildə qəbul edilir.

İstifadəçi bir səhifədən digərinə onun üçün rahat olan istənilən qaydada keçə bilər. Buna baxmayaraq, məlumatın ötürülməsi iyerarxiyası qorunub saxlanmalıdır: daşbord üzərindəki ümumiləşdirilmiş məlumatlardan hesabat cədvəllərində təqdim olunan detallara qədər.
PRAKTIKA
Praktiki məsələ
  • Artıq yüklənmiş olan məlumatların əsasında işləməyə davam edirik (05-ci günün təcrübəsindən).

    Artıq bir neçə vizuallaşdırmanız var və bu gün biz, Daşbord yaradarkən əsas məqamlar haqqında danışdıq. Artıq yaradılmış olan və yaxud yeni vizuallaşdırmalar ilə birgə şəxsi Daşbordunuzu yığın və Telegram çatındakı digər iştirakçılar ilə paylaşın.

    "Qlik Sense Template" tətbiqindəki analitik tətbiq vərəqindəki elementlərin yerləşmə şablonlarından ilhamlanın: https://demos.qlik.com/qliksense/QlikSenseTemplate
Marafonunun sertifikatını əldə edin
Qlik proqramında tapşırıqları yerinə yetirmisinizsə və sertifikat almaq istəyirsinizsə – öz işlərinizi bizə göndərin
Faydalı linklər
Əgər daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mövzuları öyrənmək və biliklərinizi artırmaq üçün aşağıdakı linklərə daxil olun
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022