İnteqrallanmış analitika və məlumatların monetizasiyası
12
/12
Bu gün nə haqqında danışacağıq
Qlik şirkətinin həllərinin şirkətlərə analitikadan pul qazanmağa necə kömək etdiyini öyrənəcəyik! OEM- tərəfdaşları yeni analitik funksiyalarını öz xidmətlərinə, tədqiqatlarına və proqram təminatlarına necə və nə üçün əlavə etdiklərini, təlimə isə ABM Cloud-da daxili analitikanın istifadəsinin müzakirəsi ilə başlayacağıq.
Vebinarın anonsu
13 dekabr, 17:00 – 18:00 (Baku, GMT+4)
Qlik Sense marafonunun yekun vebinarı: ekspertlər
Marafonumuzun yekun vebinarı, bura Azərbaycanın aparıcı ekspertlərini dəvət edəcəyik və onlar öz təcrübələrini bölüşəcək və suallarınızı cavablandıracaqlar:

  • Farid Gattal, Technology Leader in Azerbaijan, PwC Azerbaijan
  • Məhəmməd Yaqublu, Azərbaycan Beynəlxalq Bankının data analitiki və vizuallaşdırma eksperti
  • Elvin Bayramov, Məlumat hesabatı analitiki (Qlik Developer), Atəşgah Sığorta
  • Önder Altınbilek, VP of Customer Success, BI Technology
  • Javid Nazarov Rustam, Product Owner, Smart Solutions Group
  • Kanan Mammadov, TayqaTech şirkətinin Platforma və Layihə meneceri
  • Ilgar Zarbaliyev, My Data Summit Organizer

Gəlin, maraqlı və faydalı olacaq!
UĞUR TARİXİ
ABM Cloud: Müştərilər üçün Built-in Analytics İT məhsullarının rəqabətliliyini necə artırır?
ABM Cloud bulud sistemi işin effektivliyini artırmaq məqsədi ilə proqram hazırlayır və tətbiq edir. Portfeldə bütün tədarük zəncirinin avtomatlaşdırılması üçün 9 həll mövcuddur: ehtiyatların idarə edilməsi (istehsal, paylama, pərakəndə satış), merçendayzinq, promo-aksiyalar, anbarlar, nəqliyyat, maliyyə, loyallıq proqramı, ticarət agentləri və marketplace platformaları. Layihələrin coğrafiyasına 18 ölkə daxildir.
ABM Cloud həlləri hər gün milyonlarla sətir məlumat toplayır və təhlil edir, çoxsaylı məlumatla işləyir. Dərin və çevik analitika üçün ABM Cloud sisteminin bir neçə həllində daxili Qlik analitikasından istifadə olunur, hansı ki analitikaya qüsursuz keçid etməyə və İT həllini interaktiv daşbordlar ilə zənginləşdirməyə kömək edir.
ABM Inventory — əmtəə ehtiyatlarının idarə edilməsi üçün nəzərdə tutulan şirkətin inventar idarəçiliyi üçün hazırlanmış flaqman həllidir. Bu həllin köməyi ilə anbardakı minimum ehtiyatlar ilə lazım olan malların zəmanətli mövcudluğu arasındakı tarazlıq təmin edilir. Sistemin məqsədi — itirilmiş satışların azalması və artıqlığın optimallaşdırılması hesabına satışları artırmaqdır və analitika bloku burada böyük rol oynayır.

ABM Inventory sistemində şirkət daxilindəki hər bir anbar, mağaza və təchizatçı üçün satış dinamikasını, buraxılmış satışları, inventarları və onların artıqlığını izləməyə, təchizatçıların etibarlılığını təhlil etməyə və qiymətləndirməyə imkan verən interaktiv analitikaya malik 15-dən çox hesabat mövcuddur.
ABM Inventory sistemi avtomatik olaraq müxtəlif növ mallara, saxlama və satış şərtlərinə, çatdırılma şərtlərinə və s. tətbiq olunan 8 fərqli inventar idarəetmə alqoritmini ehtiva edir.
Həftəlik ehtiyat dinamikasına dair hesabat
İlk vaxtlarda, mövcud məlumat mənbələrinə qoşula bilən və sistemlə qarşılıqlı əlaqə prosesinə daxil edilə bilən vizuallaşdırma üçün ABM Cloud həm açıq, həm də kommersiya tipli hazır kitabxanaları nəzərdən keçirdi. Lakin tərtibatçılar vizual kitabxanaların məqbul analitik keyfiyyət səviyyəsini və rəvan işləməyi təmin edə biləcəyinə əmin deyildilər. Bundan əlavə, vizual hissəni sıfırdan inkişaf etdirmək üçün yeni işçilərin cəlb edilməsi tələb olunurdu ki, bu da məhsul xərclərinin artmasına gətirib çıxaracaqdı.

Qlik-in daxili analitikasının lehinə olan ən vacib arqumentlər bunlardır: böyük məlumat massivləri ilə işləmə funksionallığı və artan məlumat yüklənməsinin rahatlığı, çünki şirkətin məlumat bazası hər gün yüz minlərlə sətir artırır. Bundan əlavə, komanda Qlikin vizual göstəricisini də bəyəndi.
Layihənin başlanğıcında Qlik analitikasının ABM Cloud məhsullarına tərtibatı və daxil edilməsi hətta öz gücü hesabına belə real görünürdü.
ABM Cloud sisteminin daxili analitikasının inkişafı layihəsi son istifadəçilərin hədəf ehtiyaclarını araşdırmaq mərhələsi ilə başladı. Müştərilərlə fokus qruplarında ilk hesabatların nümayişi birbaşa Qlik Sense platformasında göstərildi, eyni zamanda daşbordların öz məhsuluna inteqrasiyası tənzimləndi və vizuallaşmalar əks əlaqəyə uyğun düzəldildi.

Hal-hazırda analitik hesabatlar ABM Inventory məhsuluna daxil edilir və istifadəçi interfeysinin daxilindəki çərçivədə əks etdirilir – müştərilər şəxsi məlumatlarında əvvəlcədən qurulmuş tipik hesabatlardan istifadə edirlər. Hesabatlar tipik olduğundan, hesabatın master versiyasını yekunlaşdırarkən və təkmilləşdirərkən bütün müştərilər profillərində də həmçinin yeniləmələri alırlar. Müştərilər üçün ümumilikdə 15-ə qədər hesabat mövcuddur, bunlardan bəziləri müştərinin həll etdiyi məsələlərin xüsusiyyətlərindən asılı olaraq qismən açılır.

Əsas populyar ABM Inventory hesabatlarının nümunələri:
1
Şirkətin inventar dinamikası. Sistem hər həftə avtomatik olaraq bütövlükdə və hər bir saxlama nöqtəsində ehtiyatların idarəetmə effektivliyini hesablayır. Vəziyyət necə dəyişir və bu dəyişikliklərə nə təsir edir.
2
Buraxılmış satışların təhlili. Hər bir saxlama nöqtəsində mövcud mal çatışmazlığının təhlili və bunun şirkətin maliyyə nəticələrinə təsiri.
3
Artıq ehtiyatların dinamikası. Profisit haqqında ətraflı hesabat. Hesabatlar son 6 və 52-ci həftələrdəki tendensiyaları, habelə son həftədə ən çox itirilmiş satış və artıqlığı yaradan mövqeləri əks etdirən ətraflı hesabatları göstərir.
İtirilən satışların səbəblərinin təhlili
ABM Inventory ilə yanaşı, Qlik ABM Rinkai TMS Logistika xidmətinin analitik modulunun, "sonuncu mil"logistika idarəetməsini optimallaşdırmaq üçün SaaS həllərinin hərəkət qüvvəsidir. Sistemin məqsədi – nəqliyyat xərclərinə qənaət etmək üçün müxtəlif məhdudiyyətlər (vaxt pəncərələri, avtomobil növü, çəki, həcm və digər yük parametrləri) nəzərə alınmaqla mövcud sifarişlər və avtomobillər əsasında çatdırılma marşrutlarının avtomatik formalaşdırılmasından ibarətdir. ABM Rinkai TMS həmçinin satış nümayəndələrinin və ya kuryerlərin marşrutlarını planlaşdırılması məqsədi ilə də istifadə olunur.

Nəqliyyat idarəetmə mərhələlərinin avtomatlaşdırılmasının əsas funksionalı ilə yanaşı – marşrutların planlaşdırılması və hər bir reysə operativ nəzarət, alət Qlik əsaslı analitik modulu da ehtiva edir. Rinkai TMS-in əsas ABM hesabatları:
1
Nəqliyyat istifadəsi, vaxt pəncərələri və nöqtələrdəki vaxt sərfiyyatının təhlili.
2
Nəqliyyat və müştərilər üzrə hərtərəfli analitika, o cümlədən marşrutlar üzrə plan və faktın müqayisəsi hesabına.
3
Avtopark, müştərilər, ticarət nöqtələri kəsiyində nəqliyyat xərclərinin qiymətləndirilməsi ilə birgə analitik modul.
Aleksey Medvedev
СЕО, ABM Cloud
İT şirkəti üçün Qlik daxili analitikası məhsulu – müştəriləri cəlb etmək üçün güclü bir vasitədir. Bu, gələcək müştərilər tərəfindən məhsullarımızı almağa qərar vermək üçün rəqabət üstünlüyüdür. Qlik ilə əməkdaşlıq bizə inkişaf xərcləri olmadan daimi təkmilləşdirilən güclü analitik modula öz gücümüzə sahib olmağa imkan verir. Abunə modeli bizə çox yaxındır, çünki biz öz xidmətlərimizi də SaaS kimi satırıq.
NƏZƏRİYYƏ
OEM-analitika
Simon Astakhov
Embedded analytics solutions architect, Qlik CIS
ОЕМ — Qlik məhsullarının yayılması üsuludur, harada ki siz daxildə şirkətə aid məlumatları təhlil etməklə yanaşı, həmçinin öz məhsullarınızın daxilində platformaların analitik imkanlarından istifadə edir və bundan qazanc əldə edirsiniz.

Məsələn, şirkət öz sahəsinə aid məlumatlara sahibdir və həmin məlumatların monetizasiyasını həyata keçirmək istəyir. Əlbəttə ki, potensial müştərilərə məlumatları məlumat faylları və Excel formatında qəbul etməyi, və ya həmin məlumatları şəxsən məlumat bazasından əldə etməyi təklif etmək olar, lakin bu cür təklif ilə müştəriləri potensial olaraq saxlamaq ehtimalı yüksəkdir. Belə olan halda Qlik sizə ötürmə, dəyişdirmə, kataloqlaşdırma və məlumatların təhlilini həyata keçirməyə, həmçinin statik hesabatları, bildirişləri və s. formalaşdırmağa kömək edə biləcək.
OEM-həlli ilə birgə müştərilər yüksək funksional və xidmət səviyyəsini əldə edir, həllin dəyəri isə istehlakçı üçün daha da yüksəlir.
Portalda inteqrallaşmış vizuallaşdırmaların nümunələri
Autentifikasiya
Analitika və xidmətlər bir çox hallarda hər bir müştəri və istifadəçi üçün şəxsiləşdirilməlidir. İstifadəçini tanımaq üçün biz onu autentifikatlaşdırmalıyıq. Bünün üçün ən sadə yol – fərdi sahəyə daxil olmaq üçün istifadəçiyə login və parolu daxil etməyə imkan yaratmaqdır ki, Qlik platformaları da defolt rejimdə məhz bu qaydada çalışır.

Lakin çox vaxt şirkətlərin artıq öz şəxsi autentifikasiyası olan saytları, portalları, şəxsi kabinetləri, proqram təminatları və s. mövcud olur. Bu da o deməkdir ki, artıq biz artıq istifadəçini başqa sistemdə də tanıya bilirik, və istifadəçidən login və parolu (və ya digər sistemə aid login və parolu) daxil etməyi xahiş etmək aşağı səviyyəli məhsul məmnuniyyətinə səbəb ola bilər.
Qlik Sense və şirkətin digər platformaları JWT, SAML, OIDC standart autentifikasiya üsullarından istifadə edərək xarici sistemlərin autentifikasiya komponentləri ilə birgə inteqrsiya edilə bilər. Qeyd edilən üsullar artıq xarici autentifikasiya edilmiş komponentlərdə reallaşdırılan qeyri-standart yanaşmalardan istifadə etməyi bacarır.

Həmçinin, inteqrasiyanı ən incə autentifikasiya həllərinə uyğunlaşdırmağı bacaran Ticket, Session, Header kimi fərdi metodlar.
Bundan əlavə, Qlik Sense platformasının bəzi lisenziyalaşdırma növləri anonim istifadəçilərə autentifikasiyadan keçmədən işləməyə imkan verir. Bu, məsələn, Nümayiş stendlərinin üzərində faydalı ola bilər.

Yuxarıda qeyd olunan bütün variantlar müstəqil qaydada uyğunlaşdırıla bilər ki, bu da demək olar ki, sonsuz uyğunlaşma imkanını təmin edir.
Məkanın hazırlanması
Sizin həllinizin analitik blokunun daxil məkanının təşkili – vacib hissədir.

Istifadəçilər ümumi məlumatları ehtiva edən ümumi analitik tətbiqlərə, ümumi tətbiqlərdəki fərdi məlumatlara və fərdi tətbiqlərə giriş imkanını əldə edə bilər.
1
Hamı bir tətbiq ilə çalışır və həmin tətbiqlərdəki yalnız icazə verilmiş məlumatları görə bilir, beləliklə də, asan idarə olunan vahid məkan əmələ gəlir. Vahid məkanda çalışarkən Giriş Bölmələri və adlı bölmələrdən, və yaxud Assosiativ Model vasitəsi ilə məlumatlara daxilolma üzrə qruplaşdırılmış siyasətlərdən istifadə olunur. Giriş Bölmələri haqqında ətraflı məlumatı arayış-da tapmaq mükündür.
2
Hər bir müştəri və ya istifadəçi üçün şablonlardan ibarət individual tətbiqlər hazlırlanır ki, bu da çoxlu sayda kiçik, yüngül, cəld işləyən və az sayda resurs istifadə edən tətbiqlərin yaranmasına gətirib çıxarır. İstifadəçilər üçün individual məkan və individual tətbiqlərin hazırlanması üçün tətbiqlərin avtomatik kopyalanması skriptindən istifadə olunur. Həmin yanaşmanı burada sınaqdan keçirmək olar.
İnteqrallama
Qlik Sense şəxsi ünvanı və fərdi interfeysi olan sayt kimi ayrıca istifadə oluna bilər, bunun üçün platformada qabaqcadan bütün imkanlar yaradılıb. Lakin məhz vahid giriş nöqtəsi ilə bütün həllərə, ümumi dizayna, menyuya və ikitərəfli inteqrasiyaya sahib olma hissi müştərilərə məhz sizin tətbiqdə çalışmağa imkan verəcək.
Bu isə o deməkdir ki, istifadəçilər üçün görmək istədiklərini əks etdirən analitik daşbordlara sahib olduğumuz zaman belə bir sual yaranır: “Bu analitikanı onlar harada istifadə edir?”
Qlik Sense və digər məhsullar istənilən intrfeysdə quraşdırıla bilər. Burada CMS-də məhsul kartoçkasında satışlar üzrə analitika, CRM kontragentinin interfeysində borclara dair məlumat, WMS sistemində təchizat sxemi və statistikası, alış-veriş portalında təchizatçı interfeysində ticarət statistikası və digərlərini qeyd etmək mümkündür.
Qlik Sense həm saytın ən sadə elementini interaktiv analitikanın köməyi ilə canlandıran ən sadə veb texnologiyaları (məsələn, iFrame), həm də JavaScript komponentinin istifadəsi ilə birgə quraşdırıla bilər.
PRAKTIKA
Praktiki məsələ
  • Bu tapşırıq sizin artıq Qlik Sense SaaS (10-cu gündə tamamladığımız) bulud platformasında tətbiqinizin mövcud olduğu və əlavə proqramlaşdırma bacarığının və yaxud veb texnologiyaları sahəsində biliklərin tələb olunmaması düşüncəsi ilə yaradılıb.

    Təcrübə üçün təlimatları buradan yükləyə bilərsiniz.
Marafonunun sertifikatını əldə edin
Qlik proqramında tapşırıqları yerinə yetirmisinizsə və sertifikat almaq istəyirsinizsə – öz işlərinizi bizə göndərin
Faydalı linklər
Əgər daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mövzuları öyrənmək və biliklərinizi artırmaq üçün aşağıdakı linklərə daxil olun
Marafonun çatına qoşulun
Marafon zamanı ünsiyyət saxlaya bilmək üçün Telegram-da xüsusi bir çat yaratdıq. Qrupaqoşulun, materiallara dair suallar verin, mütəxəssislərin fikirlərini və rəylərini oxuyun, həmkarlarınızla tanış olun, yeni biliklər əldə edin!

2022